TEBAREN Uzmanı Azerbaycan Cumburiyeti’nin Axar Az İnternet Sitesine Değerlendirmede Bulundu

İran dövlətinin təfəkkürünə görə ölkədəki etirazların davam etməsində, rejimin iç üzünün aşkar olunmasında ən önəmli vəzifəni jurnalistlər həyata keçirir. Odur ki, rejim jurnalistlərə basqını artırmaqla onları susdurmağa çalışır. Bu sözləri Axar.az-a açıqlamasında Təbriz Tədqiqat Mərkəzinin Eksperti və “Varlıq” jurnalının yazıçılar şurasının üzvü Babək Şahidi deyib. Son günlər jurnalist həbslərinin artmasından danışan Şahidi Tehran rejiminin baş verən hadisələrin dünyaya çatdırılmaması üçün bu siyasəti yürütdüyünü bildirib.

“İran dövləti istər daxili, istərsə də xarici siyasətdə müxalif gördüyü, yaxud təhdid bildiyi hər nə varsa, onu qorxutmaq, yaxud aradan götürmək yolunu seçib. Bu qorxu siyasətilə 40 ildən çoxdur ki, dövləti idarə edir. İnsanlara işgəncə, ağır faciələr yaşadıb. Son günlər isə jurnalistələrə sərgilədiyi davranış İranın xarakterik siyasətidir. Dövlət təhdid gördüyü yerdə basqını çoxaldaraq, oranı nəzarətdə saxlamaq və işgəncə yolu ilə o təhdidi aradan qaldırmağa çalışır. İrana görə ölkədəki etirazların davam etməsində jurnalistlərin fəaliyyəti əsas faktordur. İnsanların, başqa-başqa qrupların, bir sözlə, dünyanın diqqətini İranda baş verənlərə cəmləmək məhz jurnalsitlərin öhdəsinə düşür. Məsələn, etirazlarda ölənlərin 40 mərasimində məzar ətrafına toplaşaraq, xatirəsinin yad olunması adət halını alıb. İnsanlar bir yerə toplaşaraq, rejimə qarşı şüarlar səsləndirir. Bunlar isə video vasitəsi ilə jurnalistlər tərəfindən sosial mediada yayılır, İran xalqını yenidən alovlandırır. Beləliklə, xalq gənc insanların ölümünə qarşı yenidən etiraza başlayır. Rejim bu vəziyyətin qarşısını almaq üçün jurnalistləri susdurmağı hədəf seçib”.

Bakınız: İran etirazları yatırmaq üçün jurnalistləri susdurur

İlginizi Çekebilir

20. Yüzyılın Başlarında Güney Azerbaycan’da Okulların Durumu- Dr. M. Rıza HEYET

Türk Kacar hanedanının yıkılmasından önceki yıla (1924) ait veriler; Güney Azerbaycan’da eğitim bütçesi, okulların durumu,