TEBAREN Uzmanının Anadolu Ajansı’na Yaptığı Değerlendirme

Azerbaycan’ın Axar Az Sitesinin TEBAREN Başkan Yardımcısı İle Türkiye’de Deprem Felaketi ve Güney Azerbaycanlılar Hakkında Yaptığı Röportaj

Güney Azərbaycan Quzey Azərbaycanda baş verən hadisələri yaxından izlədiyi kimi, Türkiyə ilə də dərindən maraqlanır. “Əsrin faciəsi” adlandırdığımız bu zəlzələ biz azərbaycanlıları kədərə qərq etdi. Türkiyə ilə duyğusal bağlarımız var və baş verənlərdən mütləq şəkildə təsirlənirik. İndi də əlimizdən gələni əsirgəmir və qardaş-bacılarımıza kömək etməyə çalışırıq. Bu sözləri Axar.az-a güneyli fəal və araşdırmacı Babək Şahid deyib.

“Zəlzələdən sonra biz mənəvi dəstəyimizi nümayiş etdirdik, eyni zamanda maddi yardım da göstərdik. Güney azərbaycanlılar üzüntülərini, başsağlığını, Türkiyə ilə bir olduqlarını kütləvi şəkildə, yorulmadan sosial mediada paylaşırdılar. Bu hadisəni dünyanın diqqətində saxlamaq üçün böyük fəallıq nümayiş etdirirdilər. “Traktor” və “Aluminium Arak” futbol komandasının oyunu zamanı stadionda “Sevinciniz sevincimiz, acınız acımızdır” sözləri yazılmış böyük bir türk bayrağı asıldı. Meydanda “Azərbaycan var olsun, Türkiyə başın sağ olsun!” şüarları səsləndirildi”.

O, həmçinin, güneylilərin dəstək məqsədli fəaliyyətlərindən də danışıb: “Türkiyənin Təbriz və Urmiyadakı konsulluqları Tvitter hesabından yardım kampaniyası ilə bağlı çağırış edən kimi güneylilər buna biganə qalmadı. Zəlzələ bölgəsinə lazım olan ləvazimatları göndərmək istəyən minlərlə urmiyalı və təbrizli kampaniyaya qoşuldu. Milli fəallar və güneylilər az keçməmiş konsulluğun qarşısına toplaşıb, öz yardım paylarını çatdırmağa çalışırdılar. Zəlzələdən zərər çəkənlərə yüzlərlə ədyal, istilik qurğuları və başqa zəruri mallar göndərildi. Hər iki konsul videomüraciət edərək, dəstəyə görə Güney Azərbaycana təşəkkür etdi. Yaxın zaman ərzində bu yardımların Türkiyəyə çatdırılacağını bildirdi”.

Axar Az: Türkiyənin çağırışı ilə güneylilər konsulluğa toplaşdı

İlginizi Çekebilir

20. Yüzyılın Başlarında Güney Azerbaycan’da Okulların Durumu- Dr. M. Rıza HEYET

Türk Kacar hanedanının yıkılmasından önceki yıla (1924) ait veriler; Güney Azerbaycan’da eğitim bütçesi, okulların durumu,