Rıza Pehlevi’nin İsrail Ziyareti İle İlgili TEBAREN Başkan Yardımcısı, Azerbaycan’ın Şark Gazetesine Değerlendirmede Bulundu

Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi yaxın günlərdə İsrailə səfər edəcək. Bu barədə İsrail hökumətinin mətbuat xidmətindən bildirilib. Bildirilib ki, İran İslam İnqilabından əvvəl vəliəhd şahzadə titulu daşıyan xarici qonağı İsrailin kəşfiyyat naziri Gila Qamliel qəbul edəcək. Səfər zamanı Pəhləvi bu il İsraildə aprelin 17-dən 18-dək qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü münasibətilə rəsmi mərasimlərdə iştirak edəcək. Bundan başqa, İsraildə olduğu müddətdə o, yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirməyi, İsrailin sutəmizləmə texnologiyaları ilə tanış olmağı, Qüdsdəki Ağlama Divarını ziyarət etməyi, İsrailə köçmüş İran yəhudiləri icması və bəhai dininin tərəfdarları ilə ünsiyyət qurmağı planlaşdırır.

Hökumətin mətbuat xidmətində qeyd edildiyi kimi, Pəhləvi “İsrailə açıq səfərlər etmiş şəxslər arasında ən yüksəkrütbəli iranlı şəxs” olacaq. İsrail hakimiyyəti bu səfərin məqsədini “İsrail ilə İran xalqı arasında körpünün yaradılması və ayətullah rejiminə birgə müqavimətin ifadəsi” adlandırır. Hesabatda iki dəfə qeyd olunub ki, Pəhləvi İranda “taxtın varisi”dir. Məlumat üçün bildirək ki, İrandakı etirazlara dəstək verənlər arasında devrilmiş şahın ailəsi də yer alıb. Şahın oğulları rejimdən narazı kütlənin yanında olduqlarını bir neçə dəfə dilə gətirib. Şərhçilər bunu şah ailəsinin İranda yenidən səltənət qurmaq niyyəti kimi dəyərləndiriblər. Lakin İranda şahlıq rejiminin qurulmasını arzulayanların sayı çox azdır. Əksəriyyət molla rejiminin şahlıq rejimi ilə əvəzlənməsinə qarşı çıxmaqdadır.

Təbriz Araşdırmaları İnstitutunun sədr müavini, dr.Babek Şahed “Şərq”ə açıqlamasında bildirib ki, İrandakı etirazlarla bağlı iki məsələ diqqət çəkir. Ekspert vurğulayıb ki, İranda aylardır davam edən etiraz aksiyaları və şüarlar göstərdi ki, toplumun böyük hissəsi Tehran rejiminə müxalifdir:

“İranda əhalinin 80 faizə yaxını mövcud durumdan, rejimin həyata keçirdiyi siyasətdən, təzyiqlərdən narahatdır. Xalq fürsət tapdıqca rejimə qarşı etirazını gilə gətirir, aksiyalarla narazılığını göstərir. İranda ziyalılar, elm adamları, həmçinin rəsmilər özləri də deyirlər ki, ölkədə hökumətlə xalq arasında ciddi anlaşmazlıq, uçurum mövcuddur. Vurğulayırlar ki, bu gedişlə rejimlə əhali arasında qanlı qarşıdurmanın meydana gəlməsi ehtimalı yüksəkdir. Digər məsələ odur ki, rejimdən narazı olan toplum alternativin nə olacağını da düşünür, götür-qoy edir. Narazı kütləni və rejimə müxalif olanları birləşdirən, onlar arasında birliyi təmin edəcək əsas fiqur kimdir? Mövcud rejimi hansı sistem əvəzləyəcək, yeni lider kim olacaq? Görünən odur ki, bu sualların cavabı hələ aydınlanmayıb. Rejimə müxaliflər arasında da ciddi fərqlər, fikir ayrılıqları var. Məsələn, onların aralarında şahçılar, səltənət tələb edənlər, Güney Azərbaycan türkləri, türkmənlər, ərəblər, bəluclar, kürdlər siyasiləşmiş etniklər kimi daha çox ön plana çıxırlar. Bundan başqa sol qruplar, marksistlər də var. “Xalqın mücahidləri” adlı qruplaşma islam və solçuluğu sintez etməklə məşğuldur. Əlavə olaraq cümhuriyyətçilər də mövcuddur və onlar daha çox fars bölgələrində üstünlük təşkil edir. Onlar İran cümhuriyyətinin qurulmasını təbliğ edirlər. Fərqli müxaliflər arasında yer alanlardan biri də Pəhləvilərin nümayəndəsi, devrilmiş şahın oğlu Rza Pəhləvidir. O, hazırda ABŞ-də yaşayır. Səltənətçilərin və Rza Pəhləvinin dəstəçkiləri sadəcə farsların yaşadığı mərkəz bölgələrdədir. Hətta həmin bölgələrdə belə səltənətçilər ciddi sosial bazaya malik deyil. Fəqət Rza Pəhləvinin bir özəlliyi rejimin digər müxaliflərində yoxdur. Pəhləvilər farslar üçün dövlətçilik, dünyəvilik və sekulyarizmin simvoludur. Rza Pəhləvini önə çıxaran amil budur”.

B.Şahed Rza Pəhləvinin İsrailə səfər planını bu cür şərh edib: “İsrail Rza Pəhləvini qonaq etməklə, ona üstünlük verməklə İrandakı fars sekulyarizminə açıq mesaj göndərir. Rza Pəhləvi özü dəfələrlə dilə gətirib ki, onun niyyəti İranda yenidən şahlıq, padşahlıq qurmaq deyil. Bildirib ki, iranlılar necə istəsə, sistem də o cür qurulacaq.

Görünür, Rza Pəhləvidən söz alınıb ki, o, səltənət bəhsini heç vaxt açmayacaq, qətiyyən önə çıxartmayacaq. Məhz bundan sonra Pəhləvinin yolu açılıb. Onu da nəzərə alaq ki, İran rejiminə müxaliflərin İsrailə səfərləri əvvəllər də olub. Ancaq indidən aydındır ki, Rza Pəhləvi üçün İsraildə xüsusi qarşılanma olacaq. Təl-Əviv İrandakı rejim əleyhinə bütün imkanları yüksək dəyərləndirir. Bu istiqamətdə heç bir məhdudiyyət qoymur”.

İlginizi Çekebilir

Ali Merdan Topçubaşı’nın Ziya Gökalp Hakkında Görüşleri- Dr. M. Rıza HEYET

Birinci Azerbaycan Cumhuriyeti’nin kurucularından ve en etkili şahsiyetlerinden olan Ali Merdan Bey Topçubaşı, 1918-1920 yılları