Tebriz Devlet Üniversitesi’nde faaliyet gösteren Azerbaycan Tanıtım Ocağı bir açıklamaya yaparak Azerbaycan Cumhuriyeti’nin Tahran Büyükelçiliği’ne yapılan terör saldırısını kınadı. Farsça ve Azerbaycan Türkçesinde yayınlanan açıklama şu şekilde olmuştur:
Azerbaycan Türkçesi
Biz Azərbaycanın yanında deyilik, biz Azərbaycanın özüyük
Təbriz bilimyurdunun Azərbaycan tanıtım ocağı
Son aylarda İran adlanan ölkənin, Araz çayı sahilində keçirdiyi hərbi təlimdən sonra, bu ölkə ilə Azərbaycan arasında gərginliklər artıb. İran islam cümhuriyyəti, öz ideolojik dış siyasətinə qarşı olaraq, yəni dünya müsəlmanlarına dəstəkçi iddiası olduğu halda, İranşəhri və Pəhləviçi cəryanlarının etkisi altında, 30 il davam edən Qarabağ münaqişəsi və Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalı sırasında, Erməni tərəfini tutubdur.
ikinci Qarabağ savaşı sırasında isə İran adlanan ölkənin Ermənistana verdiyi dəstəklərdən dolayı, Arazın güneyindəki Azərbaycanlılar olaraq etiraza qalxıb “biz Azərbaycanın yanında deyil, biz Azərbaycan’ın özüyük” dedik. Şanlı ordumuzun hər addım irərləməsi və hər qarış topraqlarımızın işğaldan azad etdiyi ilə eyni Arazın quzeyində yaşayan vətəndaşlarımız kimi sevinib, qürur duyduq və hər bir şəhidimiz üçün kədərlənib, gözyaşı tökdük.
İndi isə Təbriz bilimyurdunun bir qrup öyrənciləri olaraq, ilk öncə Azərbaycanın Tehrandakı böyükelçiliyinə olan terror saldırısının uydurma ssenarilərdən qıraq, gerçək eyləmcilərinin cəzalandırılmasını istəyib, bu terror saldırısını kəsinliklə qınayıb, şəhid olan səfirlik əməkdaşının ailəsi və yaxınlarına dözüm diləyib və bütün Azərbaycan millətinə başsağlığı veririk, çünki bizi Araz boyu sınırlar ayırsa da bir milli ruhu daşıyıb və yenə də deyirik: biz Azərbaycanın yanında deyil, biz Azərbaycanın özüyük.
Təbiz bilim yurdunun Azərbaycan tanıtım ocağı
Tarix: 29 Yanvar 2023
Kaynak: Azerbaycan Tanıtım Ocağı Telegram Hesabı
Erişim Linki: https://t.me/ato_tabrizu/1330
Son Erişim Tarihi: 30 Ocak 2023
PDF olarak indirmek için BURAYA ya da alttaki fotoğrafa tıklayınız.