TEBAREN Başkanı M. Rıza Heyet’in Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı Sayın İlham Aliyev’e Teşekkür Mektubu Azerbaycan Cumhurbaşkanlığı İnternet Sitesinde Yayınlandı

Hörmətli cənab Prezident,

Hər şeydən əvvəl, bu il aprelin 22-23-də azad Şuşada böyük təntənə ilə keçirilən Dünya Azərbaycanlılarının V Qurultayına – Zəfər Qurultayına qatılmaq üçün mənə və mənim kimi illərdir Şuşanı görmək həsrəti ilə yanıb tutuşan azərbaycanlılara imkan yaratdığınızdan dolayı Zati-alinizə dərin təşəkkürümü çatdırmağı özümə borc bilirəm.

Bundan 31 il öncə, Vətənimizin müstəqilliyi ilə içimizdə yaranan böyük sevinc, qürur və həyəcan bu gün Qarabağın işğaldan qurtulması və Vətən torpaqlarına qaytarılması ilə şahlanmışdır. Bu böyük Zəfər sayəsində başımız hər zamankından daha dikdir, daha alnıaçıq yolumuza davam edirik. Bu qüruru, bu sevinci və bu yenidən doğuş ruhunu bizə yaşatdığınız üçün başda Zati-aliniz olmaq üzrə bütün qəhrəman əsgərlərimizə, müzəffər Ordumuza təşəkkür edirəm.

Cənab Prezident, izin verin, aprelin 29-da “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransdakı çıxışınız üçün Sizə ayrıca təşəkkürlərimi bildirim. Həmin konfransda suallara tutarlı cavablarınız yalnız mənim və idarə etdiyim mərkəzin çalışanlarının deyil, eyni zamanda, bütün azərbaycanlıların sevincinə səbəb olmuşdur. Azərbaycanın və azərbaycanlıların haqq səsinin dünyaya çatdırılması qürur və ümid qaynağıdır.

Bu münasibətlə bir daha şəxsim və Təbriz Tədqiqatlar Mərkəzinin işçiləri adından səmimi qəlbdən Sizə təşəkkür edir, dərin hörmətlərimi çatdırıram.

Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyirəm.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məmmədrza Heyət,

Təbriz Tədqiqatlar Mərkəzinin başqanı.

Türkiyə Respublikası, Ankara şəhəri.

Bakınız: Azərbaycan Respublikasının Prezidentinə Yazılar

İlginizi Çekebilir

20. Yüzyılın Başlarında Güney Azerbaycan’da Okulların Durumu- Dr. M. Rıza HEYET

Türk Kacar hanedanının yıkılmasından önceki yıla (1924) ait veriler; Güney Azerbaycan’da eğitim bütçesi, okulların durumu,